SEO nədir ?

Rəqəmsal Marketinq

eye 2283 baxış sayı
seo nədir

Son zamanlar rəqəmsalda reklam qiymətlərinin yüksəlməsi ilə biznes sahibləri artıq asanlıqla öz hədəf auditoriyalarını müəyyənləşdirə və yeni kütləyə xitab edə bilmirlər. Bu zaman köməyə SEO xidməti yetişir. SEO şirkətlərin özlərini tanıtması və auditoriyaya çatmaq üçün həm sərfəli, həm də yetəri qədər effektiv vasitədir. Ən müsbət cəhəti isə orqanik trafik verə bilməsidir.
 
Bəs nədir bu SEO?
SEO(Search Engine Optimization) Sahib olduğunuz saytın axtarış motorlarında (Google, yandex və d.) ön sıralarda olması üçün edilən işlərin toplusudur. Belə ki, Google və digər axtarış sistemlərində ön sıralarda çıxmaq, real ziyarətçi sayını artıracaqdır.



SEO edərkən nələrə diqqət etməliyik?
SEO tədqiqatları, ümumiyyətlə, iki yerə bölünür: on-site SEO və off-site SEO.
On-site SEO veb saytınızın dizaynı və proqram təminatı, eləcə də artıq mövcud olan məzmun üzərində geniş işi əhatə edir. Off-site SEO isə xarici keçidlər və vizual materiallar, sosial media, forumlar və bloqlar kimi müxtəlif mənbələr vasitəsilə sayta ziyarətçi axını təmin edərək saytınızın tanınmasını və keyfiyyətini artırmağa yönəlir.
Bunlardan əlavə kontent də SEO-ya təsir edən başlıca amillərdəndir. Keyfiyyətli, unikal və saytınıza uyğun kontentə sahib olmaq həm axtarış sistemlərinin saytınızı yüksək qiymətləndirməsinə səbəb olacaq, həm də istifadəçilərin saytınızda daha çox zaman keçirməsini təmin edəcək. Buna görə də, saytda yerləşdirilən bloqları, vizualları, video və infoqrafikaları düzgün şəkildə seçməli və optimizasiya etməlisiniz. Şəkillərin ölçüsü və bloqlarda düzgün açar sözlərdən istifadə də burada vacib faktorlardan sayılır.
SEO edərkən analiz alətlərindən də istifadə etmək lazımdır.
Seoptimer.com
seositecheckup.com
seobility.net və bu kimi digər SEO analiz saytları vasitəsilə saytınızı analiz edə və hansı addımların atılması lazım olduğuna qərar verə bilərsiniz.

SEO nə üçün önəmlidir? 
SEO-da məqsəd, hədəflədiyiniz axtarış sistemi üzərindən (Google və d.), hədəflənən açar söz ilə saytınıza ziyarətçi sayını artırmaqdır. Axtarış sistemlərindən saytınıza daha çox gələcək ziyarətçi sizi hər zaman sevindirəcək. Amma bununla işiniz bitməyəcək. Çünki sizə lazım olan hədəf kütləni təyin edib, nöqtə atışı etmək mütləqdir.
SEO üçün hazırlanmış veb sayt digər saytlardan seçiləcək və axtarış nəticələrində görünməsini və müvafiq olaraq trafikini artıracaq. SEO işi daha təbii və qalıcı bir həll olduğu üçün sayt sahibləri tərəfindən seçilir.
SEO edərkən açar sözlərin düzgün seçilməsi olduqca önəmli faktordur. Sektor üçün uyğun açar söz analizi, hədəf auditoriyaya uyğun yüksək axtarış həcminə malik sözlərə fokuslanaraq həyata keçirilir. Saytın məzmunu müəyyən edilmiş açar sözlərə uyğun optimallaşdırılır, URL strukturları yenilənir.

Açar sözdən danışdıqsa, rəqiblər və yaranan rəqabət mühitindən də söz açmaq lazımdır. Rəqib analizinə uyğun olaraq sektorun rəqabət nisbəti araşdırılmalı və buna uyğun olaraq hədəflər müəyyən edilməlidir.
SEO işində uğur və davamlılığa nail olmaq 3 aydan 12 aya qədər vaxt aparır. Bu uğura təsir edən amillərin başında: saytın tarixi, rəqibləri və rəqabət dərəcəsi və mövzusu. Nəticələr interaktiv işdə dərhal görünməyə başlayır.
SEO üçün vacib məqamlardan biri də saytın mobilə uyğunluğudur. İnsanların əksəriyyəti daha rahat olsun deyə telefonla axtarışa üstünlük verirlər. Bu səbəbdən də saytın mobil versiyada rahat açıla bilməsi, istifadəçiyə problem yaratmamağı önəmlidir ki, istifadəçi də saytdan rahatlıqla istifadə edə bilsin. 

Son olaraq, rəqəmsal dünyada biznesinizin yer tutması və istifadəçilərə görünməsi vacib factor olduğu üçün SEO-ya önəm verməli, SEO üçün müəyyən olunmuş qaydalara riayət etməlisiniz. 

Kateqoriyalar

Kateqoriyalar

Bu formu doldurun və

sizə dönüş

edəcəm👋

təklif al